Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 15:00:00
"Orta məktəblərdə məntiq fənni tədris edilməlidir"-TƏKLİF

"Düşünürəm ki, orta məktəbldə Məntiq fənni tədris edilməlidir". 

 

Magistratura səviyyəsi üzrə namizədlərin  hazırlaşdığı, nisbətən də çətinlik çəkdiyi əsas fənlərdən biri də məntiqdir. 

 

Xüsusilə keçən il Məntiq fənni üzrə qəbul imtahanında istifadə edilən suallar namizədlərlə yanaşı, bu fənnin tədrisi ilə məşğul olan müəllim və ekspertlər arasında da etiraza səbəb oldu.

 

Belə olan halda ortaya bir sual çıxır: Məntiq vərdişlərinin artırılması, şagirdlərdə İQ keyfiyyətinin daha da gücləndirilməsi üçün məktəblərdə Məntiq fənninin tədris edilməsinə ehtiyac var?

 

Məsələ ilə bağlı fikirlərini məntiq üzrə təlimçi Rəşadət Şərifov AzEdu.az-la bölüşüb

 

"Düşünürəm ki, orta məktəbldə Məntiq fənni tədris edilməlidir. Bu  şagirdlərin imtahan nəticələrini yaxşılaşdırmaqla yanaşı onların zehni inkişafına da təkan verər.

Hazırda Məntiq fənninə hazırlaşan gənclər xeyli çətinlik çəkirlər. İnformasiya bolluğu, diqqət dağınıqlığı, çalışmaq həvəsinin azlığı hiss olunur.

 

Orta məktəbdə məntiq işləmiş, olimpiyadalara hazırlaşmış şagirdlərdə bu problemlər hiss edilmir. Bu səbəbdən orta məkrəblərdə Məntiq fənni tədris edilməlidir"- deyə, o bildirib

 

Son olaraq qeyd edək ki, bir qədər öncə lisey və gimnaziyalara qəbul şərtləri dəyişdirilmiş. İstiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə keçiriləcək, Məntiq fənni  isə qəbul proqramından çıxardılmışdı.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları