Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 13:35:00
Tatarıstan Respublikasının mədəniyyət naziri ADNSU-da olub

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri, Azİİ məzunu İradə Ayupova noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

 

AzEdu.az xəbər verir ki, qonaq xanım İ.Ayupova ADNSU-nun tarix muzeyi, Azİİ e-kitab Evi və auditoriyalarında olub, universitetdə yaradılan şərait və tədris mühiti ilə yaxından tanış olub. Universitetin xatirə kitabına ürək sözlərini qeyd edib.

 

Universietə səfəri çərçivəsində nazir xanım İ.Ayupova ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüb və Elmi Şurada iştirak edib. Rektor, professor M.Babanlı ilə görüşdən olduqca məmnun qaldığını bildirən İ.Ayupova doğma universitetdə son illərdə gedən islahatları və tədrisin səviyyəsini yüksək qiymətləndirib.

 

Elmi Şurada çıxış edən xanım nazir İradə Ayupova Azİİ-nin məzunu olduğunu qeyd edərək bu gün dünyanın hər yerində bu təhsil ocağını layiqincə təmsil edən yetirmələri olduğunu, onların hər zaman doğma universitetlərini sevə-sevə xatirələrində yaşatdıqlarını deyib. O, Azərbaycanda, o cümlədən ADNSU-da olmaqdan məmnun olduğunu bildirib və ona göstərilən diqqətə görə universitet rəhbərliyinə, Elmi Şura üzvlərinə təşəkkür edib.

 

Qeyd edək ki, İ.Ayupova Bakı şəhərində anadan olub. O, 1993-cü ildə mühəndis-riyaziyyatçı ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.