Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 12:52:00
Yeni qaydalar nələri dəyişəcək?- “Tezliklə 30 yaşında da professorlar görəcəyik”

 

 

“İngilis dilində yazılan elmi tədqiqatlar,  dissertasiyalar daha geniş ictaimaiyyət arasında yayıla bilər”.

 

Prezident İlham Əliyevin fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilib.

 

Dəyişiklərə əsasən fəlsəfə doktoru imtahanlarına dair tələblər dəyişib.

Buna qədər fəlsəfə doktoru imtahanları ixtisas fənni, xarici dil və Azərbaycan dilindən olub. Dəyişikliyə əsasən, artıq xarici dil (ingilis, alman və ya fransız dillərindən biri) fənnindən imtahanı dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar verəcək. Yəni qeyd olunan xarici dillərdə dissertasiyanı yazanlar xarici dil imtahanı verməyəcək.

 

Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru Elçin  Süleymanov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında elmi ad və dərəcələrlə bağlı ölkə başçısının etdiyi dəyişikliklərin zərurətdən yaranan bir hal olduğunu vurğulayıb:

 

“Diqqətçəkən bir neçə dəyişiklik var: hazırda mövcud qaydalara görə verilən dissertasiyalar iki dildə-Azərbaycan və rus dilində verilə bilərdi. Mövcud dəyişiklik nəticəsində ingilis dili də bu siyahıya  əlavə olundu. Xüsusilə Azərbaycanda ikili diplom proqramı ingilis dilində təhsil alan və ya bakalavr, magistr təhsilini xaricdə alıb, dissertasiyasını Azərbaycanda müdafiə etmək istəyənlər üçün əhəmiyyətli hesab olunur. İngilis dilində yazılan elmi tədqiqatlar dissertasiyası, daha geniş ictimaiyyət arasında yayıla bilər və ölkə elminin inkişafında qatqısı olar. Düzdür, dissertasiya  müdafiələrində müdafiə şurası üzvlərinin  dil bacarıqları da zəruridir. Son illərdə xarici dilin doktoranturada qəbul üçün yüksək səviyyədə təsis olunması, yeni  gənc alimlərin əksəriyyətinin bu dilləri bilməsi, bu dil qabilliyətlərinin olması müsbət bir faktordur”.

 

Ekspert professor adı almaqla bağlı tələblərə də  diqqət çəkib:

 

 “Elmmetrik bazalarda əksini tapan statistikaların professor adı almaq üçün istifadə olunması mütərəqqi bir addım sayılır. Eyni zamanda, bu nəşr fəaliyyətinin beynəlxalq istinad  bazalarında əsasən iki istiqamət götürülür: “web of science”, “Scopus”  və. Bu sahədə elmi nəşrləri olan şəxslərə ciddi ehtiyac var. Hazırda beynəlxalq elmi bazalara düşmək üçün  müəyyən problemlər müşahidə olunur ki, son dəyişikliklər onları aradan qaldırmaq düzgün atılmış bir addımdır.

 

Çox nüfuzlu elmi nəşriyyatlarda nəşr olunmaq istəyən  monaqrafiyalar üçün xüsusi  şərtlər  var.  Yəni artıq bir professor olmaq üçün dünya səviyyəli bir nəşriyyat evindən tək müəllifli bir monoqrafiya çap olunmalıdır ki, bu da biraz çətin məsələ hesab olunur. Əgər bir alimimizin dil bacarığı çox yüksək bir səviyyədə deyilsə, redaktor və tərcüməçi xidmətlərindən isdifadə edə bilər. Bunlara dövlətin, universitetin elm fondunun dəstəyi ola bilər. Bu istiqamətdə müəyyən addımlarda atılır”.

 

“Hirş  indeksi elm adamları üçün əsas gösdərici sayılır”.

 

“Əsas bazalarda və axtarış şəbəkələrində əsas göstərici olaraq   hirş indeksi hesablanır. “Scopus”   və “web of science”-da ictimai elmlər üzrə h-indeksi 5, dəqiq elmlər üzrə 10  olan şəxslər fəlsəfə doktoru və ya dosent olduqdan sonra, professor adı ala bilərlər. Yəni,  5  illik  dosentlik stajı tamamlandıqdan  sonra elmlər doktoru olmadan belə professor adını almaq  üçün şans yaranır. Bu da gənc, beynəlxalq səviyyədə nəşrlərdə məqalə və istinadları  olan alimlərin daha tez bir zamanda professor olmasına kömək edəcək”.

 

“Yaxın zamanlarda 30-35 yaşlarında professorlar görəcəyik”.

 

“Düşünürəm ki, bundan sonra gənclərimiz daha çox tədqiqatlar aparacaq.  Nəşrlərin professor adı almaq üçün kömək olmağı gənclərdə xüsusi həvəs yaradacaq. Ümumi olaraq qeyd etdiyim kimi bu dəyişikliklər zəruri hesab olunur”.