Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 12:38:00
Tələbələrin mübahisəsinə səbəb nə olub?-“Kütləvi dava xarakterli bir şey olmayıb”+VIDEO

 

Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında keçirilən futzal yarışında mübahisə yaşanıb.

 

Mübahisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başladıldığı, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə  hüquqi qiymət veriləcəyi bildirilib.

 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Elcan Məmmədov AzEdu.az-a açıqlamasında mübahisənin kütləvi dava xarakterli olmadını bildirib:

 

“Noyabrın 18-də Gəncə Olimpiya Komleksində ümumi tələbələr arasında futbol yarışı keçirilib. Kütləvi dava xarakterli bir şey olmayıb. Sadəcə oyun zamanı iki tələbə arasında anlaşılmazlıq olub, biri o birini itələyib. Digər tələbələr də dava olduğunu zənn ediblər. Yəni videoda da diqqət lə baxsaq, hər kəsin bir-birini aralamağa çalışdığını görərik. Hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində də araşdırma aparılır. Tələbələr arasında xəsarət alan da yoxdur”.

 

Qeyd edək ki, Hadisə ilə bağlı Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən  mübahisə nəticəsində xəsarət alanın olmadığını, universitetin tələbələrilə söhbət aparıldığı qeyd edilib.

 

VİDEO:

https://www.youtube.com/watch?v=aGcy48k0Rsc