Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-02 10:44:00
Gəncədəki kütləvi tələbə davası necə baş verib?-Mətbuat xidmətindən cavab+VİDEO

 

 

Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışında mübahisə yaşanıb.

 

Mübahisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başladıldığı, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə  hüquqi qiymət veriləcəyi bildirilib.

 

Hadisə ilə bağlı Gəncə Dövlət Universitetinin mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, mübahisə nəticəsində xəsarət alan olmayıb:

 

“Hadisədən sonra tələbələrlə söhbət aparılıb. Mübahisə nəticəsində universitetimizin tələbələri arasında xəsarət alan olmayıb. Daxili İşlər Nazirliyi də araşdırma zamanı hər iki universitetin tələbələri arasında xəsarət alanın olmamasını təsdiqləyib. Güman edirik ki, futzal yarışını izləyənlər arasında sıxlıq yaranıb, daha sonra isə mübahisə düşüb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır, nəticədən asılı olaraq daha ətraflı məlumat veriləcək”.

 

VİDEO:

https://www.youtube.com/watch?v=aGcy48k0Rsc