Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 10:33:00
2018-ci ildə elmi-tədqiqat işlərinə ən çox bu dövlətlər vəsait ayırıblar – İLK ONLUQ

AzEdu.az  2018-də elmi-tədqiqat işlərinə ən çox  vəsait ayıran ölkələrin ilk onluğunu təqdim edir. Qeyd edək ki, həmin ölkələrdə elmə xərclənən  pulların  məbləği  milyard dollarlarla ölçülür.

UNESCO-nun hazırladığı siyahını nəzərinizə çatdırırıq:

İlk yerdə dünyanın super gücü hesab olunan ABŞ qərarlaşıb. Orada 2018-ci ilin  8 ayı ərzində elm sahəsində  476.5  milyard dollar xərclənib. 

İkinci yerdə isə dünya iqtisadiyyatının yaxın gələcəkdəki lideri hesab olunan Çin gəlir. Asiya nəhəngində elmə sərf olunan valyutanın dəyəri  370.6  milyarddır. Daha bir Asiya divi olan Yaponiyada bu göstərici  170.5 milyarddır.

Avropada isə ilk yerdə Almaniya qərarlaşıb.  Bu ölkədə  2018-ci ildə elmə  109.8 milyard dollar vəsait ayrılıb.  Almaniya ümumi siyahının 4-cü pilləsində qərarlaşıb.

İlk beşliyi daha bir Avropa nəhəngi Fransa qapayır -  73.2 milyard dollar.

İlk onluqda yer alan digər dövlətlər bunlardı:

Cənubi Koreya: 60.8
Hindistan: 48.1
İngiltərə: 44.2
Braziliya: 42.1
Rusiya: 39.8