Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 18:37:00
Astara kəndindəki məktəblilərindən ibrətamiz səhnəcik – Güneyli qardaşlara salam

 

 

Bugün azaddilli Azərbaycanam.

O taylı,bu taylı vahid bir canam.

 

Bu fikirlər bugün Astara rayon Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəbin şagirdlərinin hazırladığı səhnəcikdə səsləndirilib.

 

XIX əsrin əvvəlində “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə parçalanması Azərbaycan millətçilik və dövlətçiliyinin ən uğursuz səhifələridir. Ətin dırnaqdan ayrılması idi bu ayrılıq. Qardaşın biri o tayda,biri isə bu tayda qaldı.

 

Təbii ki,bu hadisələr ədəbiyyatımızdan yan keçə bilməzdi,öncül yazıçı və şairlərimiz bu ayrılığın nisginini,içlərindəki həsrət duyğusunu öz əsərlərində əks etdirmişlərdir. Bununla da qaysaqlanan yaranı qopardaraq xalqa digər yarısını unutdurmamağa çalışmışlar.

 

Bu əsərlər içərisində ən çox fərqlənən əsərlərdən biri isə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasıdır. Ümumilikdə “Gülüstan” poeması Azərbaycanın parçalanmasını siyasi ədalətsizlik olduğunu göstərən yeganə ədəbi hadisə idi.

 

Poema həmçinin xalqımızı şimallı,cənublu birliyə səsləyirdi.”Gülüstan”poeması Azərbaycanın SSRİ tərkibində olmasına da sərt bədii etiraz idi. Əsərin epiqrafında deyildiyi kimi,”poema Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttar xanın,Şeyx Məhəmməd Xiyabaninin,Seyid Cəfər Pişəvərinin xatirəsinə həsr olunmuşdur.Əsərin əvvəlində Azərbaycan istiqlalının düşmənlərinə:sovet imperiyasına və İran monarxiya rejiminə etiraz ifadə olunur:

 

Kağıza həvəslə o da qol atdı,

 

Dodağı altında gülümsəyərək.

 

Bir qələm əsirlik hicran yaratdı,

 

Bir xalqı yarıya böldü qılınctək.

 

Öz sivri ucuyla bu lələk qələm

 

Dəldi sinəsini Azərbaycanın.

 

Başını qaldırdı,

 

Ancaq dəmbədəm

 

Kəsdilər səsini Azərbaycanın.

 

Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Əsərdə nə təsbehli İran təmsilçisinin,nə eynəkli rus təmsilçisinin bu torpaq üzərində haqqları olmadığını qətiyyətlə bildirir,bu yurdun öz sahibləri olduğunu israrla bildirir,bu müqaviləni ata,babaların,qəhramanlarımızın ruhuna təhqir sayır.

 

Bir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

 

Azərbaycanın parçalanmasından sonra yaranan dirəkləri,Araz çayını qınayan şair əsəri nikbin sonluqla bitirir,xalqımızın tarixi birliyini bədənlə canın vəhdətdi ilə müqayisə edir. Təbrizdən müğənni  Payanının Vahidin qəzəlləri ilə oxuduğu muğam da,müəllifin müxtəlif lirik müraciətləri də xalqın birliyinə çağırışdır.Sonda ustad Şəhriyardan verilən misralar isə əsərdə deyildiyi kimi “bir xalqı kağızlar üzərində bölmək asandır” fikrini sübut edir:

 

 Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

 

Sonda şagirdlər “o taylı,bu taylı vahid bir canam”, “Bakı da, Təbriz də Azərbaycandır” , “Salam olsun, cənublu qardaşlarımıza” -şüarları ilə Cənub soydaşlarımıza sevgilərini çatdırmışlar.