Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 15:46:00
BMU əməkdaşlarına dövlət təltifləri təqdim olunub  

Bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən təltif edilmiş digər təhsil işçiləri ilə yanaşı, Bakı Mühəndislik Universitetinin (BMU) 3 əməkdaşına elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Tərəqqi” medalı təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, BMU-nun Peqadoji fakültəsnin dekanı Elşad Abdullayev, Mühəndislik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə və Kimya-biologiya kafedrasının dosenti Rəşad Səlimov beynəlxalq fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə təltif ediliblər.

 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilən təhsil işçilərini təbrik edib,  onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.