Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 14:38:00
AzTU əməkdaşları “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və kitabxana işlərinin avtomatlaşdırlması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçi İltifat İbrahimov Anadolu Universitet Kitabxanaları Konsorsiumu (ANKOS) tərəfindən Türkiyənin Antalya şəhərində keçirilən “İnformasiyanın əldə edilməsində bərabərsizlik və davamlılıq” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, dünyanın müxtəlif ölkəsindən 500-dən çox kitabxana və konsorsium rəhbərinin, kitabxana-informasiya mütəxəssislərinin qatıldığı konfransda elektron xidmətlər, açıq məlumat bazaları, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, elm və təhsil resursları, verilənlər bazasının idarəedilməsi, süni intellektin kitabxana işinə tətbiqi, beynəlxalq nəşriyyatlara abunəlik və digər məsələlər müzakirə olunub.

 

Səfər zamanı nümayəndə heyəti AzTU Kitabxana İnformasiya Mərkəzinin müasir standartlar səviyyəsində qurulması, həmçinin yeni əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində faydalı müzakirələr aparıblar.