Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 13:05:00
Aliməktəblərdə pedaqoji fəaliyyətlə bağlı təlimləri yekunlaşıb  

ARTİ tərəfindən ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən, sənaye və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün keçirilən təlimlər yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası olub. 

 

Təlimlərdə təlimçi qismində ARTİ əməkdaşları Leyla Sultanlı, Həsən Əlili, Əli Tağıyev, həmçinin Müşərrəf Məmmədova, Gülnar Cəfərova, Əminət Diqanayeva çıxış ediblər. 

 

Yekunda 7 iştirakçı təlimlərdə uğurlu iştirakına görə sertifikatla təltif edilib.

 

Qeyd edək ki, ARTİ tərəfindən təlimlərin növbəti aylarda yenidən təşkil olunması gözlənilir.