Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 12:52:00
Ali təhsil işçiləri üçün seminar keçiriləcək

Britaniya Şurası dekabrın 14-16 tarixlərində “Creative Spark” proqramı çərçivəsində təşkil edilən “Müəssisə və sahibkarlıq təhsili vasitəsilə tələbələri gələcəyə hazırlamaq” mövzusunda ali təhsil işçiləri üçün seminar keçirəcək.

 

AzEdu.az xəbər verir ki, Böyük Britaniyanın Nyukastl Universitetinin alimləri müxtəlif fənlər üzrə müəssisə və sahibkarlıq təhsilinin effektiv şəkildə inteqrasiyasını eləcə də, dərsdənkənar fəaliyyətləri inkişaf etdirməyi öyrədəcək üç günlük seminar proqramı təqdim edəcəklər.

 

Keçirilmə yeri: Bakı Ali Neft Məktəbi

 

Saat: saat 14:00 – 18:00.

 

Müraciət üçün son tarix: 4 dekabr

 

QEYDİYYAT

 

Seçilmiş ərizəçilər seminarlarda iştirak üçün təsdiq e-poçtu alacaqlar.