Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 11:19:00
Respublika fənn olimpiadalarına qeydiyyat yenidən aktiv edilir  

Respublika fənn olimpiadalarında iştirak etmək üçün onlayn qeydiyyat prosesini tamamlaya bilməyən şagirdlər üçün onlayn qeydiyyat yenidən aktiv edildi.

 

AzEdu.az xəbər verir ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Belə ki, 1 dekabr saat 12:00-dan 2 dekabr saat 17:00-a kimi onlayn qeydiyyat sistemi aktiv olacaq.

 

Onlayn qeydiyyat ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.