Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-29 14:17:00
 Bütün uşaqların öyrənməsinə nail olmaq üçün Universal Öyrənmə Dizaynı  

Zamanla müşahidə edirik ki, sinifdə bəzi şagirdlər aktiv, digərləri isə passiv olur. Passiv şagirdləri dərsə cəlb etmənin də müxtəlif yolları var.

 

AzEdu.az xəbər verir ki, müəllimlər bütün uşaqların öyrənməsinə nail olmaq üçün Universal Öyrənmə Dizaynının prinsiplərindən istifadə edə bilər:

 

Təqdimatın çoxsaylı vasitələri- Səmərəli öyrənmə üçün şagirdlərə dərsin məzmununu müxtəlif və çoxsaylı yollarla təqdim edin.

 

Hərəkət və özünü ifadənin çoxsaylı vasitələri- Şagirdləri bildiklərini nümayiş etdirmək və özünü ifadə etmək üçün seçim azadlığı verin.

 

Dərsə cəlbolunmanın çoxsaylı vasitələri- şagirdlərin öyrənməyə həvəsi olması üçün onlarda davamlı olaraq motivasiya və maraq oyadın.

 

Nəyi öyrənmək- Hər bir şagirdin dərsin məzmununu dərk etdiyindən, dərsin məzmununu başa düşdüyündən əmin olun. Riyazı ifadələri və simvolları fərqli yollarla izah edin, göstərin.

 

Necə öyrətmək- fiziki fəaliyyətlər üçün imkan yaradın, özünü ifadə və kommunikasiya üçün seçim azadlığı verin. İcraetmə funksiyalarının(planlama, yoxlama və.s )  yerinə yetirilməsi üçün imkan yaradın.

 

Niyə öyrənmək- səy göstərmək və cəhd etmək üçün imkan yaradın , öyrənməni real həyatla əlaqələndirin və davamlı maraq oyadın. Şagirdlərə özünü ifadə etmək üçün imkan yaradın.