Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-29 13:24:00
Azİİ e-Kitab Evinin oxucularına “Ebsco Host ”məlumat bazasına abunəlik təmin olunub  

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Ebsco Host” nəşriyyatının elektron məlumat bazası üzrə abunəliyi həyata keçirir.

 

AzEdu.az xəbər verir ki, məlumat axtarış bazasına 2023-ci il üçün abunəlik təmin olunub və hal-hazırda bazanın elektron resurslarına giriş imkanları mövcuddur. Məlumat axtarış bazasından və onların resurslarından Azİİ e-Kitab Evinin qeydiyyatdan keçən bütün oxucu-istifadəçiləri və ADNSU-nun professor-müəllim heyəti istifadə etmək hüququna malikdirlər.

 

Qeyd edək ki, “Ebsco Host” elektron platformasının resurslarına Azİİ e-Kitab Evi Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu xətti ilə qoşulub və oxuculara elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir. Abunə müddətində 8516 resenziyalı olmaqla 11000 jurnalın; o cümlədən ictimai, humanitar, kompüter elmləri, mühəndislik (neft, qaz, geologiya və s.), fizika, kimya, riyaziyyat, nəqliyyat və s. kimi sahələr üzrə jurnalların yerləşdiyi verilənlər bazası, 2700-dən artıq kitab və broşur, 510 adda qəzet mənbələri, onların rəqəmsal arxivləri elektron formada ADNSU-nun oxucuları üçün açıqdır.

 

Ali məktəb kitabxanaları üçün onlayn istinad  sistemi olan “Ebsco Host” akademik informasiya bazasına http://search.ebscohost.com linki vasitəsilə daxil olmaq mümkündür.

 

Elektron məlumat bazaları ilə əhatəli məlumat almaq istəyənlər Azİİ e-Kitab Evinə və eləcədə  [email protected] elektron ünvanına müraciət edib, onları maraqlandıran suallara cavab ala bilərlər.