Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-29 12:41:00
Yunanıstanda iki zəlzələ məktəblərin bağlanmasına səbəb oldu

Yunanıstanda bir saatda 4,6 və 4,1 bal gücündə iki zəlzələ baş verib.

 

Bu barədə Afina Universitetinin seysmoloji laboratoriyası məlumat yayıb. 

 

Yeraltı təkanlar Afinada hiss edilib.

 

İlk zəlzələ saat 06:32-də (Bakı vaxtı ilə 08:32) Evbeya adası yaxınlığında dənizdə baş verib. Zəlzələnin episentri Afinadan 55,2 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

51 dəqiqə sonra adanın özündə daha 4,1 bal gücündə təkan baş verib, o, Afinadan 49 km aralıda qeydə alınıb. Onların arasında eyni ərazidə 3,2 və 2,2 bal gücündə daha iki təkan da olub.

 

Zəlzələ səbəbi ilə Karystos şəhərində məktəblər bağlanıb.

 

Oxu.az