Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 11:53:00
Yeni dərsliyin sınaq prosesini həyata keçirən müəllimlərlə görüş keçirilib-FOTO  

24 noyabr tarixində ARTİ-də 6-cı sinif Təbiət fənni üzrə hazırlanmış yeni dərsliyin sınaq prosesini həyata keçirən müəllimlərlə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə respublikanın seçilmiş məktəblərində sınağı keçirilən 5-ci sinif Təbiət dərsliyinin müəllifləri, Tədris Resursları Mərkəzinin əməkdaşları, həmçinin Elm və Təhsil Nazırliyinin, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə layihənin məqsədi, dərsliyin məzmunu, yeni dərslik üzrə tədrisin təşkili və s. məsələlər müzakirə olunub. Yeni dərsliyin sınağını həyata keçirən müəllimlərin tədris prosesində rastlaşdıqları problemlərlə bağlı sualları cavablandırılıb, dərsliyin məzmun və strukturu ilə bağlı rəy və təklifləri dinlənilib və onlara tədrisin təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.