Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 13:11:42
AzEdu.az müsabiqə finalına vəsiqə qazanan 10 müəllim və yazıları – Ayın qalibini seçin

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazının hər biri artıq saytda paylaşılıb.

Xatırladaq ki, ilkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb.

İndi isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim edilir. Bu zaman oxucuların yazıları oxuyaraq bəyəndiklərinə səs vermək imkanı var.

Sorğu sualı belədir: “Ayın müəllimi” olaraq hansı müəllimi görürsünüz?

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsində yerləşən sağdan aşağıdakı sorğu panelində təqdim olunan cavablara baxıb, səs versinlər.

Müəllimlərin yazıları ilə adlarının üzərinə klikləyərək tanış ola bilərsiz.

1.Adil Xantəmirov
2. Araz Hacıyev
3. Aysel Alıcanova
4. Elşən Məmmədov
5. Müşfiq Nağıyev
6. Məcid Musayev
7. Nigar Piriyeva
8. Kənan Quliyev
9. Şəhanə İsgəndərova
10. Reyhanə İsgəndərova

Qeyd edək ki, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.