Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-26 13:41:00
Universitetlər  Bakıdan rayonlara köçürülməməlidir - Yaranacaq problemlər-TƏKLİF

 

“Biz universitetləri bölgələrə köçürsək, professor və müəllim heyətini köçürə bilməyəcəyik. Çünki onlar artıq bu ərazilərə uyğunlaşıblar”.

 

Hazırda yerli ali təhsil müəssisələrinin əksəriyyəti Bakıda yerləşir.

 

Paytaxtdakı mövcud sıxlığın aradan qaldırılması məqsədilə bəzi universitetlərin ətraf regionlara, xüsusilə Sumqayıta köçürülməsi təklif edilir.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis Kamran Əsədov bunun həll yolu olmadığını bildirib:

 

"Universitetlərin paytaxt Bakıdan köçürülməsi ona görə təklif edilir ki, nəqliyyat sıxlığı aradan qaldırılsın. Onlar Bakıdakı sıxlığın səbəbini tələbələrin sayında görürlər. Amma bu sıxlığın səbəbi tələbələr deyil. Tıxac olan küçələrə baxsaq,  görərik ki, həmin ərazidə heç universitet yerləşmir. Bakı şəhərində 320 orta təhsil müəssisəsi var, amma cəmi 25 universitet fəaliyyət göstərir. Bundan əlavə paytaxda tələbə sayı 100 min, şagird sayı 460 min təşkil edir. Şagirdləri məktəbə valideyn aparır, tələbə isə özü gedir. Valideynlərin bəzilərinin isə təbii olaraq maşınları var. Amma bu statistika çox azdır. Hazırda universitetləri paytaxtdan kənara köçürmək həll yolu deyil. Bu zaman doğru olaraq belə bir sual ortaya çıxır: Biz universitetləri Bakı şəhərindən kənarə köçürsək, universitet heyətini də o əraziyə köçürə biləcəyik mi? Ali təhsil müəssisələrimizi bölgələrə köçürsək, professor və müəllim heyətini köçürə bilməyəcəyik. Çünki, onlar artıq bu ərazilərdə oturuşublar”.

 

Kamran Əsədov sıxlığı aradan qaldırmağı iki yolunun olduğunu vurğulayıb:

 

“İlk olaraq bölgələrdə yeni ali təhsil müəsisələri açmalıyıq. Yəni, Bakıdakı universitetləri başqa bölgələrə köçürməkdənsə, biz alternativ olaraq rayonlarda yeni ali təhsil müəssisələri açmalıyıq. Bu həmdə yeni rəqabət meyarıdır. İkinci olaraq isə bölgələrdə yerləşən universitetlərin qəbul plan yerlərini artırmalıyıq”.

 

kurikulum”

 

Mütəxəssis bölgələrdə yerləşən ali təhsil müəssisələrinin keyfiyətindən söz açıb:

 

"Artıq bölgələrdə təhsilin keyfiyətinin artması ilə bağlı müsbət fikirlər eşidirik. Məsələn, həm BDU-nun Qazax filialı, həm də pedqoji universitetin Quba filialının təhsil keyfiyyəti kifayət qədər yaxşıdır. Hətta, onlar paytaxtda yerləşən universitetlərlə rəqabət aparırlar”.

 

O, bölgələrdə yeni universitetlərin yaradılmasının zəruriliyini nəzərə çatdırıb:

 

“Paytaxda yerləşən universitetləri bölgələrə köçürməkdənsə, rayonlarda yeni universitetlər açmalıyıq. Mən hesab edirəm ki, bölgələrdə yeni ali təhsil müəssisələri açmaqla, həm o ərazilərdə ali təhsilə əlçatanlığı təmin edə bilərik, həm də paytaxta yaranan süni sıxlığı aradan qaldırmağa müəyyən qədər nail olarıq”.

 

Mütəxəssis paytaxtda yerləşən universitetlərdə plan yerlərinin azaldılmasını təklif edib:

 

“Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinə qəbul üçün plan yerlərinin sayını azaltmalıyıq. Məsələn, ADPU-nun ibtidai sinif müəllimliyi üçün 300 plan yeri əvəzinə 100 plan yeri açaq. Bunun yerinə bölgələrdə yerləşən universitetlərin plan yerlərinin sayını artıraq”.

 

“Ali təhsil müəssisəsində çalışan müəllim və professer heyətinin əmək haqqı ciddi artırılmalıdır”

 

"Biz uzun illərdir orta məktəblərdə kadr potensialinin yüksəldilməsi üçün, işlər görürük,amma ali təhsil müəssisələrinə keyfiyyətli kadr hazırlığına çox ciddi diqqət yetirmirik. Halbuki, bu sahəyə də nəzarət etmək lazımdır. Biz bu gün də görürük ki, Azərbaycanda yaşı 30-dan aşağı olan elmlər doktoru yoxdur. Gənclər bu sahəyə üz tutmur, çünki yüksək əmək haqqı almırlar. Gəncləri bu sahəyə yönəltdikdən sonra biz bölgələrdə ali təhsil müəssisəsinin keyfiyətindən danışa bilərik”.

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları