Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 10:34:00
Fərid Qayıbov MDU-da gənclərlə görüşüb

“Gənclərlə dialoq platforması” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov noyabrın 23-də Mingəçevir Dövlət Universitetində gənclərlə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə Tələbə-Gənclər Təşkilatının fəaliyyəti, tələbələrin idmana cəlb edilməsi, elmi fəaliyyətin dəstəklənməsi, regionlarda respublika səviyyəli gənclər tədbirlərinin keçirilməsi, ictimai və könüllülük fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Nazir Fərid Qayıbov görüşdə İT yönümlü layihələr, gənclərin ixtisas və peşə seçimi, gənclər üçün qrant proqramları, təlimçilər şəbəkəsinin genişləndirilməsi, gənclərin tədbirlərdə iştiraklarının təmin edilməsi, məşğulluğu, ixtisas və peşə seçimi, kiberidmanın inkişaf etdirilməsi və digər mövzularda gənclərin təklifləri və fikirlərini dinləyib.

Görüşdə Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecinin tələbələri iştirak ediblər.