Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-23 11:08:00
“İbtidai” müəllimlərin repetitorluq çabaları-“Buna təcili qadağa qoyulmalıdır”-SƏRT İRAD

 

 

“Şagirdi məcburi şəkildə hazırlığa çağıran müəllim məktəbdə üzərinə düşən funksiyanı düzgün yerinə yetirə bilmir”.

 

Bu gün Azərbaycanda şagirdlərin təxminən 95 faizi əlavə müəllim hazırlığı xidmətindən istifadə edir. Qeyd edək ki, əgər valideynlər əvvəllər yalnız 9-cu sinifdən uşaqlarını əlavə müəllim hazırlığına göndərirdilərsə, son bir neçə ildə bu siyahıya ibtidai siniflər də daxildir.

 

ADPU-nun İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında məsələni kökündən həll etmək üçün ibdidai sinif şagirdlərinin repetitor yanına getməsinə qadağa qoyulmalı olduğunu vurğulayıb.

 

“Müəllimin şagirdi məcburi şəkildə repetitor hazırlığına cəlb etməsi, müəllim adına yaraşmayan bir haldı. Birmənalı şəkildə doğru addım hesab olunmur. Son dövrdə əsasən XX əsrin 90-cı illərindən sonra repetitorluq fəaliyyəti sürətlə yayılmağa başladı. Dünyanın bir çox ölkəsində repetitorlar  fəaliyyət göstərir. Şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün  repetitor yanına getməsi yaxşı bir hal olaraq qarşılana bilər. Buna baxmayaraq, bu hal kütləvi şəkildə bütün şagirdlərin repetitor yanına üz tutmağı anlamına gəlməməlidir.

 

Məktəbə yenicə qədəm qoymuş şagird ilk dərs günündün sonra, repetitor yanına üz tutur.

 

“Bu halı birmənalı şəkildə düzgün qəbul etmirəm. Problemin əsas tərəfi burasındadır ki, müəllimin evində ödənişli əsaslarla hazırladığı uşaq, elə onun  məktəbdəki  öz şagirdidi.  Bu, müəllim-şagird münasibətində, onların ünsiyyətində, bir-birinə inamında böyük problemə yol açır.  Şagird başa düşür ki,  müəllim ona yalnız  valideyinindən aldığı pul mübadilində təhsil verir.  Burada müəllim-şagird arasında heç bir ülvi münasibətdən söhbət gedə bilməz. Digər bir tərəfdən bu hal şagirdin psixologiyasına ciddi təsir göstərir.

 

Professorun fikrincə,  şagirdi repetitor yanına cəlb edən müəllim onun yükünü daha da ağırlaşdırır:

 

“Şagirdə asudə vaxtını keçirmək üçün zaman qalmır. O, dərsi məktəbdə öyrənməlidir. Bu cür müəllimlər cinayət məsuliyyətinə cəlb olunmasalar da  belə, mənəvi olaraq məsuliyyət daşımalıdırlar. Şagirdlərə mənəvi və psixoloji zərbə vurulur. Bundan əlavə, dərs vəsaitlərində də ağırlıq müşahidə olunur.  İbtidai sinif dərs vəsaitləri təkmilləşdirilməli, şagirdin ilk anlam səviyəsinə uyğun gəlməlidi.

 

Məsələnin ən problemli tərəfi budur ki, müəllim  onun yanına əlavə hazırlığa gələn şagirdlə, gəlməyən arasında ayrıseçkilik yaradır:

 

“Müəllim onun yanına hazırlığa gələn şagird ilə daha yaxından məşğul olub, ona   daha çox diqqət yönəldir, daha mehriban davranış sərgiləyir. Digərlərinə qarşı kobud davranaraq, qeyri humanist münasibət bəsləyir-deyə, o bildirib.