Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 10:08:16
Müəllimlə direktor arasında  “MİQ qalmaqalı” – “Heç kəs qəbul olmayacaq, nə sinif var,  nə dərs!

Sentyabrın 8-9-da 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu da başa çatıb.

MİQ imtahanlarının üçüncü turu bitsə də hələlik, bu yöndə şikayətlər davam edir.

AzEdu.az-a açıqlama verən Şəbnəm  Kərimli bildirib ki, kimya müəllimliyi üzrə bu il MİQ imtahanında iştirak edərək, 59.2417 bal toplayıb  və 204 nömrəli tam orta məktəbə qəbul olub.

Onun sözlərinə görə, müsahibənin cavabı bilindikdən sonra avqustun 27-si məktəblə əlaqə saxlayıb,amma direktorun məzuniyyətdə olduğunu bildiriblər:

“Sənədlərimi təhsil şöbəsinə apardım. Ayın 3 -ü məktəbə getdim, həqiqətən də direktor yox idi və məni heç kəs qəbul etmədi. Katibədən nömrəni götürüb rica etdim ki, direktor gələndə məni xəbərdar etsin. Ayın 4-ü maraqlandım və nəhayət 5-i cavab verildi ki, direktor artıq gəlib. Sənədlərimi götürüb məktəbə gəldim, direktorla sadəcə 2 dəqiqəlik danışa bildim. Bildirdi ki, mayda 12 saat vakant verib, amma indi sinif açılmır və 6 saatlıq dərs yükü qalıb. Belə olduqda mən də dedim ki, yazılı surətdə mənə bildirsin, mən də aidiyyatı qurumlara müraciət edim. Bunu bildirdik də sabah zəng edib məlumat almağımı söylədi.Sənədlərimi təqdim etmək istədikdə “sən bura qəbul olmamısan hələ, heç bir sənəd qəbul etmirəm” dedi və beləcə, geri qayıtdım.

Ayın 6-sı zəng etdim və1 saat sonra bildirildi ki, sabah sənədlərimlə birgə məktəbə yaxınlaşım. Sonra isə zəng edib bildirdilər ki, sinif bağlanır, gəlməyim.Məktəbdə məndən başqa 2 müəllim ( direktor və müavini olmaqla) var idi. Təhsil şöbəsindən verilən məlumata görə, artıq direktora bildiriş gedib.

Məsələylə bağlı qarşı tərəfin də fikrini öyrəndik. 204 nömrəli məktəbin direktoru Ziba Rzayeva açıqlaması zamanı deyib ki,indi sinif bağlanıb dərs saatı qalmayıb:

“Heç kim bura qəbul olmayacaq! 5 sinif planlamışdım, indi 3 sinif açılıb. Ona görə dərs yoxdur. 11 saatlıq dərs ola biləcəyini düşünüb mən də 12  saat yazmışdım. Amma IX siniflərin çoxu çıxdığına görə, X sinif az açıldı. Ona görə, 8 saatlıq kimya dərsi bağlandı. 4 saata da müəllim qəbul etmək olmur. Bağlandığı halda müəllimə şifahi bildirirəm, bunun üçün heç bir sənəd vermirik”.