Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 17:10:00
“Təhsil jurnalistikasında peşəkarlıq prinsiplərin formalaşmasına hələ çox qalıb” -İRAD

 

"Təəssüf ki, bizim təhsildən yazan  jurnalistlər  sadəcə  operativlik meyarına əməl etməyə çalışırlar. Onlar yayılan informasiyanı dəqiqləşdirmədən, tez bir şəkildə  işıqlandırmağa çalışırlar ".

 

AzEdu.az xəbər veirir ki, bu sözləri  AzEdu təhsil portalının baş redaktoru Elmin Nuri AzTV- nin “45 dəqiqə”verlişində qeyd edib.

 

 

Elmin Nuri mediada təhsilin  işıqlandırılmasını  zamanı  edilən səhvlərə misal çəkib: 

 

“"MİQ imtahanı” anlayışı yoxdur. Müəllimlərin İşə Qəbulu üzrə müsaqibənin 4 mərhələsi var, onun sadəcə biri test imtahan mərhələsidir.  Amma, təəssüf  ki, mediamızda "MİQ imtahanı" ifadəsi səslənir. Biz hələ jurnalistlərimizi “müəllimə” sözündən çıxara bilmirik. Azərbaycanda peşələr cins kateqoriyasına görə dəyişmədiyi üçün xanım müəllimə “müəllimə” demək yanlışlıqdır. Amma nədənsə, hər dəfə elə bu cür yazırıq.  Fikrimcə, təhsil jurnalistikasında peşəkarlıq prinsiplərinin formalaşması  uzun müddət vaxt aparacaq.

 

 

Arzu edərdim ki, BDU və digər universitetlərdə  ya magistratura səviyyəsində sırf "təhsil jurnalisti"  ixtisası olsun,  ya da  bakalavr pilləsi zamanı xüsusi kurs olaraq təhsil jurnalistikası  fənni tədris edilsin"-deyə o, bildirib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları