Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 13:48:00
MDU-da qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib.

 

Universitetdən  AzEdu.az-a bildirilib ki, MDU tələbələrinin iştirakı ilə keçirilən tədbirdə KİM-in əməkdaşı Razim Qurbanov qeyri-formal məşğulluğun mahiyyəti və mənfi nəticələri, formal məşğuliyyətin üstünlükləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

 

Sonra tədbirdə tələbələrə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı bukletlər paylanılıb.