Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-21 10:42:00
“Mediada təhsillə bağlı səthi yazı və süjetlər paylaşılır”- Nazirlik sözçüsündən irad  

 

 

"Təhsillə bağlı səthi yazılar, süjetlər dərinliyi araşdırılmadan sayt və efirlərdə paylaşılır"

 

AzEdu.az xəbər veirir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzTV- nin “45 dəqiqə”verlişində qeyd edib.

 

Onun sözlərinə görə, bu gün təhsilin media güzgüsü dedikdə ixtisaslaşmış medianı nəzərdə tutmalıyıq. Bu baxımdan son illər müəyyən irəliləyişlər var:

 

“Günümüzdə bizi daha çox məşğul edən sahələrdən biri də sosial media üzərindən təhsillə bağlı problemlərin aradan qaldırılmasıdır. Bunu bir neçə sahəyə ayırmaq olar. Təhsildə baş verən hadisələri, problemlərin dərhal qeyd olunması və bunun müxtəlif  video fayllarla, səs yazıları ilə təqdim olunması bizə kömək edən nüanslardır”.

 

Cəsarət Valehov mediada təhsillə bağlı problemlərin işıqlandırılmasını vacib məqamlardan biri olduğunu nəzərə çatdırıb:

 

“Bir çox hallarda təhsillə bağlı səthi yazılar,  süjetləri efirdən yaxud müxtəlif saytlardan götürülüb dərinliyini araşdırmadan paylaşılır.

 

“Bu isə problemli mövzulardan biridir. Mənbəsi bilinməyən və jurnalist təhkiyəsinin bir çox hallarda mövcud olmadığı  məlumatların  paylaşılması düzgün deyil”-deyə o, qeyd edib.