Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 17:29:51
Analıq məzuniyyətində olanları əvəzləyən müəllimlər işdən çıxarıla bilər – Yalnız bu halda

Analıq məzuniyyətində olan müəllimlərin əvəzinə işləyənlər bu halda işdən çıxarıla bilər.

Dərs ilinin başlanmasına sayılı günlər qalıb. Artıq müəllimləri dərs saatı ilə bağlı bir sıra məsələlər narahat edir. Ən çox narahat olan müəllimlər isə analıq məzuniyyətində olanların yerinə işləyən, onların dərs saatları verilmiş şəxslərdir.

Beləki, müəllimləri analıq məzuniyyətindən qayıdanların dərs saatı məsələsinin necə həll olunduğu və onların əvəzinə işləyən müəllimlərin işdən çıxarılma təhlükəsinin olduğu narahat edir.

AzEdu.az xəbər verir ki, analıq məzuniyyətinə çıxmış şəxsin yerinə gələn müəllim DQ (Diaqnostik Qiymətləndirmə) balına uyğun olaraq dərs saatı alır. Ümumiyyətlə, məzuniyyət dərs yükünə təsir göstərmir. Məzuniyyətdən qayıdandan sonra isə müəllim öz dərs saatını alır.

Analıq məzuniyyətində olan şəxsin əvəzində işləyən müəllim hansı halda məktəbdən çıxarıla bilər?

Məzuniyyətdə olan şəxs qayıtdıqdan sora, dərs bölgüsünə əsasən, müddətli müqavilə ilə işləyən müəllimlər işdən çıxarıla bilər.

Müəllim müddətsiz (daimi) əmək müqaviləsi ilə işlədiyi halda isə, həmin fənn müəllimləri arasında yenidən dərs bölgüsü aparılır. O zaman məzuniyyətdə olan şəxsin əvəzində işləyən müəllim də DQ balına uyğun dərs saatı alır.