Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 14:57:00
BMU ilə TKTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb    

Bakı Mühəndislik Universiteti (BMU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında təlim xidmətlərinin göstərilməsi haqqında əməkdaşlıq müqaviləsi bağlanıb. Sənədi universitetin rektoru, professor Havar Məmmədov və TKTA sədri Ülkər Səttarova imzalayıblar.

 

AzEdu.az xəbər verir ki, müqaviləyə əsasən, TKTA tərəfindən “Təhsil müəssisələrinin akkreditasiya qaydaları”, “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”, “İnstitusional akkreditasiya zamanı özünü təhlilin aparılması və hesabatın tərtibi qaydaları” kimi təlim xidmətləri göstəriləcək. Eyni zamanda universitet adıçəkilən qurumdan “Ali təhsil müəssisəsində daxili keyfiyyət təminatı mexanizmləri”, “Ali təhsil müəssisəsinin strateji planlaması və idarəedilməsi” xidmətləri üzrə dəstək alacaq. 

 

Növbəti həftədən müqavilə üzrə nəzərdə tutulan xidmətlərin həyata keçirilməsinə, o cümlədən universitetin struktur rəhbərləri, professor-müəllim heyəti üçün təlimlərin təşkilinə start veriləcək.

 

Məlumat üçün bildirək ki, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması, inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, bu yöndə təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.