Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 15:43:33
“MİQ imtahanlarında Məntiqə aid suallar nəyə lazımdır, əvəzində təklif edirəm ki…” - AzEdu.az-ın ən yaxşı “onluq”undan son yazı

MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazını sıra ilə oxuculara təqdim edəcəyik.

Mövzu ilə əlaqəli yazılan növbəti məqalənin müəllifi Goranboy rayon Buzluq kənd tam orta məktəbinin coğrafiya müəllimi Araz Hacıyevdir.

MİQ ( Müəllimlərin İşə Qəbulu ) ilə bağlı birinci təklifim budur ki, imtahanlar yalnız  Bakıda deyil, ən azından, digər böyük şəhərlərdə də mərkəzləşdirilmiş şəkildə təşkil olunsa, daha  yaxşı  olar.

Çünki bəzən olur ki, məsələn, Goranboydan Bakıya gəlib-getmək həm sosial vəziyyət, həm də maddi baxımdan müəyyən çətinliklər yaradır. Hər kəsin Bakıda tanışı, ya da qohumu olmaya bilər. Bu, səhər tezdən birinci növbədə imtahan verən namizədlərə isə ümumiyyətlə, çətinliklər yaradır.

Növbəti təklifim budur ki…

MİQ-ə hazırlanan suallara DİM(Dövlət İmtahan Mərkəzi) nəzarət etsin!

Çünki sualların, demək olar ki, hamısı təkrar suallardır. Çoxu öncəki illərin Diaqnostik Qiymətləndirmə testlərinin və ya əvvəlki illərin MİQ imtahanının suallarıdır. Hətta MİQ imtahanında səhər, günorta və axşam seansları üzrə keçirilən imtahanların sualları fərqli olsun. Çünki səhər növbəsində imtahandan çıxan kimi suallar digərləri ilə paylaşılır və yerindəcə hər kəsin ən azından 30 faiz sualdan xəbəri olur. Builki imtahanlarda da həmm ixtisas sualları, həm də metodika ilə bağlı suallar- hamısı təkrar idi.

Məntiq sualları nəyə lazımdır?!

MİQ imtahanında 60 sualdan 10-u məntiqdəndir. Bu sistemdə işləyən və imtahanı keçirən qurumun buradakı fikrini, ideyasını başa düşə bilmirəm. Məntiq sualları müəllimin işə qəbulunda nəyə lazımdır?! Onun əvəzinə, təklif edərdim ki, 40 ixtisas, 20 isə metodikadan  suallar olsun. İzahı üçün belə bir nümunə çəkim:  Misal üçün, bir namizəd öz ixtisasından 40 sualı düzgün cavablandırır,  metodikadan 5-ni doğru yazır, lakin  həmin namizədin məntiqi misal həlletmə bacarığı aşağıdır ( tutaq ki, cəmi 1 sualı düzgün cavablandırır). Belə olan halda, müəllim imtahandan 46 bal toplayır. Amma digər biri ixtisasdan 30, metodikadan 9, məntiqdən də yenə  9 düz yazırsa, ümumi topladığı bal 48 edir. Çox böyük ehtimalla da bu namizədlər arasından 48 bal toplayan müəllimlər keçir. Amma nazirlik buna fikir vermir ki, ixtisasından 100 faiz yazan namizəd daha savadlıdır. Müəllimlər sonrakı 3 il ərzində (yəni ilk 3 il müəllimin pedaqoji təcrübə dövrü hesab olunur) metodiki və məntiqi biliklərə sahiblənə bilərlər. Amma ixtisasından 30 düz cavab yazan müəllimin şagir qabağına çıxması  bir az müəmmalıdır.

MİQ-lə bağlı elektron ərizələrdə qeyd olunan hər bir detallara nazirlik vaxtında nəzarət etsin.

Çünki elə namizədlər olur ki, imtahan verir,  yer tutur və hətta müsahibəyə də çağırılır. Lakin müsahibədə qeyri-ixtisas olduğu aşkarlanır. Bəs əgər bu namizəd qeyri-ixtisasdısa, niyə imtahana cağırılır və vacant yerə qəbul olur? Sonda isə işləyə bilməyəcəyi haqda qərar verilir. Olmaz ki, bunlara elə ərizələrin baxılma müddətində baxılsın?

Müəllimlərin şəxsi səhifələri ilə bağlı təklif

Digər təklifim budur ki, şəxsi səhifələrə namizədlərin yalnız topladıqları ballar deyil, sualların düzgün variantları haqda məlumatlar da daxil olsun.