Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 16:57:00
  "Şagird sıxlığı keyfiyyəti aşağı salır, yeni məktəblər tikilməlidir"-Eldar Quliyev

"Bakıda şagird sıxlığını aradan qaldırmaq üçün yeni məkəblərin tikintisi və mövcud məktəblərdə yeni korpusların inşası üçün büdcədən vəsait ayrılmasını təklif edirəm".

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Eldar Quliyev deyib.

 

"Paytaxt məktəblərində sıxlıqla bağlı 2-ci, 3-cü, 4-cü növbələr olur ki, bu da təhsilin səviyyəsini aşağ salır", - o bildirib.

 

"Digər problem isə Bakı və ətraf qəsəbələrdə qəbiristanlıqların çatışmazlığıdır. Bu barədə dəfələrlə mənə ağsaqqalllardan müraciətlər olub. Xüsusən Xəzər və Sabunçu rayonlarında qəbiristanlıqla bağlı problem özünü daha qabarıq göstərir. Bu rayonların ərazisində qəbiristanlıq üçün ayrılacaq boş ərazilər var", - E.Quliyev əlavə edib.

 

Report.az