Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 13:05:00
 “Bəzi məktəblərin şəraiti qaz çəkmək üçün əlverişli deyil”-Orxan Abbasov

 

“Bəzi məntəqələrdə qaz olmadığı üçün həmin ərazidə yerləşən məktəblərdə istiliyin verilməsi odunla təmin olunur”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil TV”də yayımlanan “Təhsil masası” verilişində ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması barədə suallar cavablandırarkən qeyd edib.

 

“Elm və Təhsil Naziriliyi ildən-ilə odunla qızdırılan məktəblərin sayını azaldır . Bəzi məntəqələrdə qazlaşdırma yoxdur, bəzilərinin şəraiti qaz çəkmək üçün əlverişli deyil. Ona görə də, həmin, məktəblər odunla təmin olunub. Məktəblərdə hər il qazlaşdırma işləri siyahıya uyğun olaraq aparılır”-deyə, o bildirib.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları