Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 10:54:00
Bağçalara qeydiyyatın yaş həddi azaldılıb?-İki vacib bilgi

 

 

Məktəbəqədər təhsil müəssisələri və onlara qeydiyyatla bağlı hələ də bir çox məsələlər öz həllini tapmayıb.

 

Valideynlərin xüsusən də qeydiyyat prosesi ilə bağlı narazılıqları bu gün də davam etməkdədir.

 

 

AzEdu.az Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsil müəssisələri ilə bağlı hazırladığı rəsmi materiallara istinadən, qeydiyyat prosesinə aid iki vacib detalı təqdim edir.

 

Bağçalara yalnız həmin məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və yaşı 1-6 aralığında olan azyaşlılar  qəbul edilirlər. Yaşayış ərazisindəki məktəbəqədər təhsil müəssisəsində uşağın yaşına uyğun qrup və yer olmadığı halda valideynlər digər məktəbəqədər təhsil müəssisəsinə qəbul edilə bilər.

 

Qeyd edək ki,məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir.