Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 14:57:00
“İrandan “beyin köçü” getdikcə artır, tələbələr hökumətə qarşı birləşib”-Rektor

 

“İran hökumətinin nümayəndələri universitetlərə gedəndə tələbələrin etirazları ilə qarşılaşırlar, hətta tələbələrin yanında danışa bilmirlər”.

 

İranda davam edən etirazlarda Cənubi Azərbaycandan olan tələbələr, müəllimlər, şagirdlər və professorlar da iştirak edirlər.

 

Son zamanlar Azərbaycanda İran üçün çalışan şəbəkələrin ifşa edilməsi, dövlətə xəyanətdə günahlandırılan bu şəxslər arasında İranda dini təhsil alanların olması, vətəndaşlarımızın sözügedən ölkəyə dini təhsil almaq üçün yollanması ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

 

Bəs hazırkı vəziyyət İran təhsilinə necə təsir edəcək? Bu ölkədə soydaşlarımız arasında Azərbaycana qarşı təbliğat nə dərəcədə özünü doğruldur?

 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov AzEdu.az-a açıqlamasında İrandakı nümayişlərdə tələbələrin aktiv iştirakına diqqət çəkib:

 

“Son dövlərdə İranda baş verənlər onu göstərir ki, artıq bu ölkənin cəmiyyətində rejimin legitimliyi məsələləri ciddi şəkildə müzakirə edilməyə başlayır. İnsanlar daha azad yaşamaq istəyir və rehimin qaydalarını rədd edirlər. Əslində İran cəmiyyəti digər şərq ölkələrilə müqayisədə kifayət qədər savadlı cəmiyyətdir ki, bu da şah dövründən gələn bir xüsusiyyətdir. Amma o ölkədə insanlar öz fikirlərini azad şəkildə ifadə edə bilmirlər. İranda Azərbaycana qarşı ciddi təbliğat aparılır, televiziyaları vətəndaşlarımızı təhqir edir, ölkəmizə ərazi iddiaları irəli sürürlər. Hazırda bu ölkədə etirazçılar arasında kifayət qədər tələbələr var, onları hakimiyyətə qarşı birləşiblər. İran hökumətinin nümayəndələri universitetlərə gedəndə tələbələrin etirazları ilə qarşılaşırlar, hətta tələbələrin yanında danışa bilmirlər”.

 

3 yaşlı institutun rektoru: “Əksər müəllimlərimiz ərəb və ingilis dilində  mühazirə keçirlər” - MÜSAHİBƏ - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

“İran inqilabı zamanı bütün xalqların öz ana dilində təhsil alacağı vəd edilmişdi, amma gerçəkləşmədi”

 

“İranda 40 milyona yaxın türk yaşayır, amma onlar öz dillərində təhsil ala bilmirlər. Buna baxmayaraq onlardan qat-qat az sayda olan ermənilərin məktəbləri var. Bu ikili standartdır. Halbuki İran konstitutsiyasına əsasən, onların hər birinin öz dillərində təhsil almaq hüququ var. Elə bu da sözügedən ölkədə insan haqlarının pozulmasının göstəricisidir”.

 

 Rektor elm adamlarının xarici ölkərələrə üz tutmasından söz açıb:

 

“Gələcəkdə digər sahələrdə olduğu kimi İran təhsilində də dəyişikliklər gözləniləndir. Xüsusilə alimlər humanitar elmlərlərdə sərbəst fəaliyyətin tərəfdarıdırlar və hökumətdən bunu tələb edirlər. Həmçinin bu ölkədən “beyin köçü” getdikcə artır. Çünki onların fikirlərini ifadə edə bilmələri üçün abad bir mühit yoxdur. Bu gün Avropada, Amerikada çox sayda İran əsilli alimlərin çalışdığını görə bilərik”.