Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 12:56:00
Güneyli filoloq: “İranda yalnız ermənilər öz dillərində təhsil ala bilirlər, xüsusi məktəbləri də var”

 

 

“O zaman da bizim etirazlarımızı boykot edirdilər. Hətta "ana dili" məsələsinə görə tələbələri  universitetdən qovurdular”.

 

 Hazırda cənub qonşumuz İranda vəziyyət son dərəcədə qarışıqdır.Dini qaydalara uyğun şəkildə idarə olunan ölkənin təhsil sistemi xeyli fərqlidir.

 

Son zamanlar baş verən hadisələr İranın təhsil sistemində hansı dəyişikliklərə gətirib çıxaraq?

 

Mövzu ilə bağlı fikirlərini Təbrizdə doğulub, orada orta və ali təhsil alan fililoq-yazar Ümid Nəccari AzEdu.az-la bölüşüb

 

"İranın təhsilindən danışan zaman ilk olaraq qeyd etməliyik ki,  ölkədə hər universitetin öz sistemi var.  Məsələn: "Azad",  "Dövlət" kimi universitetlərin hər birinin təhsil sistemi fərqlidir".

 

İran təhsil sistemi Azərbaycandakı təhsildən xeyli fərqlənir. İran təhsil sistemində  tədrisə dini və ideoloji dərslər də keçirilirdi. Tibb və mühəndislik ixtisasları üzrə dərslər mükəmməl səviyyədə keçirilir. Amma buna baxmayaraq, bizim üçün ana dilimizdə dərslər keçirilmirdi. Bu da İran ərazisində yaşıyan etnik qruplara çətinlik yaradırdı.

 

 

 İranda təhsil almış yazarın sözlərinə görə, ölkədə ana dilimizdə dərsliklərin olmadığı üçün, soydaşlarımız dərsləri yaxşı mənimsəyə bilmirdi:

 

 

"Ana dilimizdə dərsliklərimiz olmadığı üçün, çox insan dərsləri yaxşı mənimsəyə bilmirdi. Farslarla müqayisədə azərbaycanlılar, hətta, ölkə daxilində yaşayan digər xalqlar bu baxımdan çətinlik çəkirdi. Nəticədə isə farslarla müqayisə də, bizim təhsil göstəricilərimiz  fərqi olurdu. Bal sistemində və digər qiymətləndirmələrdə bu özünü göstərirdi. Hər baxımdan onlara çatmaqda çətinlik çəkirdik".

 Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir

 

İran İslam Respublikasında yaşayan etnik qruplar arasında  yalnız ermənilərə öz ana dillərində vəsait  verilirdi:

 

"Azərbaycanlılar ana dilində heç bir dərsliklə təmin edilmirdi. Ümumiyyətlə, İran ərazisində yaşayan etnik qruplar arasında  sadəcə öz ana dillərində vəsait ermənilərə verilirdi. Onlardan başqa heç bir etnik qrupa öz ana dillərində təhsil almağa imkan yaratmırdılar. Ermənilərin İran ərazisində məktəbləri də fəaliyyət göstərirdi".

 

 

İran ərazisində etnik qrupları əzmək siyasəti həyata keçirilir:

 

“İran ərazisində etnik qrupları əzmək siyasəti həyata keçirilir. Bütün etnik qrupları öz bayrağının altına toplamaq  və assimilyasiya sistemini yürütməkdir. Bu qədər etiraza baxmayaraq, illər boyu eyni siyasət yürüdülüb. Pəhləvi dövründən bu günə kimi  bu siyasət tətbiq edilir. İnanmıram ki, etirazlar  bu sistemdə dəyişiklik etsin.

 

Son zamanlar azadlığına qarşı baş vermiş bu qədər etiraz aksiyalarına  baxmayaraq, hökümət buna qarşı heç bir müsbət  addım atmır və bunu  "xarici əllərin" səbəbi kimi görür".

 

Yazar İranda təhsil aldığı dövrdə dil  məsələsi daha qabarıq olduğunu, hətta ana dili  məsələsinə görə bəzi tələbələrin  universitetdən qovulduqlarını bildirdi:

 

"İranda təhsil aldığım dövrdə dil  məsələsi daha qabarıq idi. O zaman da bizim etirazlarımızı boykot edirdilər. Hətta "ana dili" məsələsinə görə tələbələri  universitetdən qovurdular.

 

İnsan haqlarını tələb etmək belə, İranda qadağa idi. Töhmət verilir və bu addım siyasi suç adlandırılırdı. Halbuki, bu siyasi məsələ deyildi, sadəcə bizim də insan hüquqlarına əsasən, ana dilimizdə təhsil almaq hüququmuz var. İndiki İran höküməti də bizi məcbur edir ki, ana dilimizdə təhsil ala bilməyək"-  deyə filoloq bildirib.

 

 Qeyd edək ki,  Şair, yazar, tərcüməçi, publisist, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Ümid Nəccari ilk təhsilini Təbriz şəhərində almış, 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında "elektronika" fakültəsində oxuyub.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları