Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 11:43:00
Mütəxəssis: uşaqların zehni inkişafı üçün onlara hər gün fərqli rəngdə corablar geyindirin
Həyatın ilk illərində qazanılan zehni bacarıqlar uşaqlarda zəka inkişafının ən önəmli pillələrini təşkil edir. Hər uşaq özəldir və hər uşağın inkişaf dönəmi bənzərsizdir. Lakin mütəxəssislər yaş dönəmlərinə görə ümumi bacarıqlardan danışa bilərlər. Bu ümumi bacarıqlar aşağıdakılardır.
 
1. Bir yaş – zehni inkişaf əlamətləri
 
Yeni vasitələr kəşf edir, öz-özünə yemək yeməyə çalışır;
 
Təkraralanan hərəkətlərdə dəyişiklik etməyə çalışır;
 
Bəzi əşyaları əlinə aldıqda onun nə işə yaradığını öyrənməyə çalışır.
 
Uşaqlar öz sürətlərinə görə öyrənirlər. Beyinləri olduqca alıcıdır və yetişkinlərin müdaxiləsinə ehtiyac olmadan öyrənməyə proqramlanmışdır. Etməli olduğunuz tək şey onlarla olmaq və onları həyatınıza daxil etməkdir.
 
2. On səkkiz ay – zehni inkişaf əlamətləri
 
İlk fikirləşmə əlamətləri görülməyə başlanır;
 
İtən əşyalar artıq ağlında qalır. Əşyaların simvollarını zehnində tuta bilir;
 
Bu yaşdan sonra artıq özünü idarə edərək hərəkət etməyə başlayır;
 
Oyuncaqlarının yerini və onları saxlandığı qutudan çıxara bilir.
 
3. İki yaş –  zehni inkişaf əlamətləri
 
Doqquzuncu aydan etibarən əşyalarını önündən götürdükdə belə yox olmadığını anlamağa başlayır. İkinci yaşla birlikdə əşyaları təmsil, yəni simvolizə edir. Bu da, qavrama və dil inkişafının başlanğıcı olur.
 
Artıq müəyyən kəlimələr istifadə etməyə başlayır.

Gözünün önündə olmayan əşya və insanı təmsil edən simvol tapdıqdan sonra kəlmələrlə əşya arasındakı münasibəti başa düşür. Beləliklə, önünə açılan yeni dünyanı anlamağa çalışır.
 
Uşaqlar böyüdükcə yaşlarına uyğun müəyyən düşüncə tərzi sərgiləyirlər. Məsələn, iki yaşında bir uşaq stola dəydikdə ondan üzr istəyir. Bu Animizm- cansız əşyalara həyati xüsusiyyətlər yükləmə hadisəsidir.
 
Uşağınızın beyni bu yaşlarda yeni təcrübələr və bilgilər axtarır. Buna görə ona beynini məşğul edəcək məşğuliyyətlər verin. Məsələn, çəkməcədən corablarını gətirməsini istəyirsinizsə, hər gün fərqli rəng corab seçin.(bağçam.az)