Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-09 11:20:00
Okeanın dibində yadplanetlilərin izləri aşkarlandı

Sakit Okeanın dibində, dörd kilometr dərinlikdə, Meksika və Havay adaları arasındakı ərazidə qəribə izlər tapılıb.

İzlər təxminən iki metr yarım uzunluğunda və 30 santimetr dərinlikdə olan işarələrdən ibarətdir.

AzEdu.az  bildirir ki, izləri dərində çalışan robotun köməyi ilə tapmaq mümkün olub. İzləri Britaniyanın Sautqemptondakı Milli Okeanoqrafiya Mərkəzinin alimləri aşkar ediblər.

Alimlər bildiriblər ki, həmin əlamətlərdə qəribəlik var. Onların heç biri texnikanın, dəniz heyvanlarının (çünki işarələr çox böyükdür -red) izləri deyil. Çünki bu ərazidə heç elmi əməliyyat aparılmayıb.

Bəziləri hətta izlərin yadplanetlilərə məxsus olduğunu güman edir (Report).