Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 13:23:00
İşğal müddətində Xerson təhsilinin başına gələnlər-İşgəncə görən müəllimlər

 

 

Bir neçə gün öncə Rusiya Ukraynanın cənubundakı Xersondan çəkildiyini elan etdikdən sonra Ukrayna qoşunları bölgəyə daxil oldu.

 

Bu münasibətlə ölkənin bir çox vilayət və şəhərlərində tədbirlər keçirildi, Xersonda dövlət himni səsləndirildi. Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet isə Xerson vilayətinin işğal olunmuş ərazilərində 22 təhsil müəssisəsi dağıdıldığını, ümumilikdə 84 təhsil müəssisəsi zədələndiyini bildirdi. 

 

7 aylıq işğal müddətində Xersonda xüsusilə təhsil sahəsi ciddi təsir və təqiblərə məruz qalıb.

 

AzEdu.az xəbər verir ki, bu müddətdə Xersonda qalan müəllimlər işğalçıların məktəbləri ələ keçirib rus proqramları ilə tədrisi davam etdirməyə çalışdığını qeyd ediblər.

 

Müharibə səbəbilə aprel ayında Ukraynanın bütün bölgələrində yerləşən təhsil müəssisələrində tətil elan edildi.  Yeni tədris ilində məktəblərə qayıdan  şagird və müəllimlər isə ciddi problemlərlə üzləşiblər. Bölgədə Rusiyanın təbliğat üçün əl atdığı ilk yer təhsil müəssisələri olub. Belə ki, məktəb proqramları rus təhsil sisteminə uyğunlaşdırılmasına çalışılıb. Buna qarşı çıxan müəllimlər, təhsil işçiləri, direktorlar isə ciddi təqib və təhdidlərlə üzləşiblər.

 

 

Ukraynanın Elm və Təhsil Nazirliyi işğal altındakı Xerson məktəblərinə nə qədər dəstək olmağa çalışsa da, atılan addımlar, maliyyə yardımları kifayət etmirdi. İşğalçılarla əməkdaşlığa razı olmayanlardan biri də 48 saylı Xerson Təhsil Kompleksinin direktoru Yelena Kirtsxalia iyul ayında rus işğalçıları tərəfindən öz mənzilindnə oğurlanıb. Direktor bu müddətdə fiziki işgəncələrə məruz qalsa da, qaçmağa nail olub və Xersondan uzaqlaşıb. Rəhbəri olduğu təhsil müəssisəsinin şagirdlərinin valideynləri və müəllimlərilə əlaqə yaradaraq tədrisi distant təşkil etməklə təhsilin davamlılığına nail olub.

 

İçğalçılarla əməkdaşlığa razı olmayan təhsil işçilərinin həbs edilməsi halları digər regionlarda da baş verib. Bu səbəblə işğal dövründə bir çox müəllim müxtəlif zamanlarda Xersonu tərk etməyə məcbur qalıb.

 

Ümumilikdə, demək olar ki, 45 000 şagird - Xerson vilayətində qeydiyyatda olan məktəbyaşlı uşaqların yarısı, sentyabrın 1-dən Xerson vilayətinin Hərbi Administrasiyasının Təhsil və Elm Departamenti tərəfindən yaradılmış distant təhsil platformasında Ukrayna proqramlarına uyğun şəkildə tədrisə cəlb edilib. Eyni zamanda rus silahlı qüvvələri təbliğat məqsədilə məktəbyaşlı uşaqları axtarıb, təhsil müəssisələrinə tədrisə qoşmağa çalışıb. Hətta məktəblərin tam dolu olması, rus tədris proqramlarına uyğun şəkildə təhsilin həyata keçirilməsi ilə bağlı yalan məlumatlar yayıblar.

 

No description available.

 

Artıq sentyabrın əvvəlində Xerson vilayətində yerləşən 90-a yaxın təhsil müəssisəsinin binası xeyli ziyan görüb. Koçubeivska, Visokopilska, Stanislavska, Novorayskada 15 məktəb və uşaq bağçası tamamilə dağılıb. Əhali işğalçıların məktəblərdən sağlam mebel və digər əşyaları oğurladıqlarını bildiriblər.  Berislav rayonunun uşaq bağçalarından birində hətta uşaq çarpayılarını da götürüblər. Rusiya silahlı qüvvələri ən çox Xerson vilayətində yerləşən hərbi təhsil müəssisələrinə ziyan verib.

 

İşğalçı qüvvələrin hətta şagird və müəllimlərin Ukrayna tərəfindən yaradılan təhsil platformasında distant təhsilə qoşulmalarının qarşısını almaq üçün interneti bağlamağa çalışdığı da bildirilib.