Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 16:17:00
Coğrafiya müəllimindən möhtəşəm iş – Şagirdlər Qarabağ əraziləri üçün startap hazırlayacaqlar

 

 

Tədbirdə  layihə rəhbəri Masallı şəhər 1 saylı tam orta məktəbin coğrafiya müəllimi Aynur Ələkbərli Masallı rayon təhsil şöbəsinin müdiri Qoşqar Hatəmov, direktoru Mehriban Sultanova,  layihənin eksperti IV və V qrant müsabiqəinin qalibi  qabaqcıl müəllim, tərəqqi medallı mükafatına layiq görülmüş Göytəpə şəhər 1 N li məktəbin Azerbaycan dili müəlliməsi Samirə Əmrahova,  təlimçilər-Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ,beynəlxalq əmək təşkilatının sertifikatlı peşəkar təlimçi Samir Salayev, Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi,  Rodoos Training  Consulting şirkətinin direktoru Rafət Şirəliyev  və Şərəfə kənd orta məktəbin xarici dil müəllimi, Prezident mükafatçısı, Ən yaxşı müəllim müsabiqəsinin qalibi, qabaqcıl təhsil işçisi, əməkdar müəllim,  VI qrant müsabiqəsinin qalibi Naidə Məmmədova müəllimə və rayonun  müxtəlif məktəblərindən coğrafiya müəllimləri iştirak edib.

 

Açıklama yok.

"Bizim şagirdlərdən sosial innovasiyalar " layihəsinin məqsədi dirçələn və yenidən qurulan Qarabağ üçün innovasiyalar istiqamətində şagirdlərin startap ideyaları verməsi və bu ərazilərin iqtisadi-coğrafi öyrənilməsi nəticəsində   sosial məsuliyyət, təşəbbüskarlıq və sahibkarlıq bacarıqlarını formalaşdırmaqla şagirdlərimizin də sosial innovasiyalar ideya xəritəsinə öz tövfəsini verməsidir.

 

Şagidlər layihə sonucunda 2030-cu ilə qədər həyata keçirilməsi planlaşdırlan sosial-iqtisadi innovasiyalar ilə yaxından tanış olacaq və işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri( dirçələn Qarabağ üçün)ilə bağlı öz təklif və ideyalarını Startap formasında təqdim edə biləcəklər.

 

Açıklama yok.

 

Layihədə iştirak etməklə şagirdlərdə Qarabağ ərazilərinin fiziki, siyası,iqtisadi coğrafiyası ilə araşdıraraq tanış olacaq, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, sosial məsuliyyət, ictimai mənafe hiss və bacarıqları formalaşacaq.

 Açıklama yok.

 

Startap ideyalarının, təklif və yazılmasını öyrənəcək, nəticədə əməkdaşlıq, komanda ilə birgə iş, tərəfdaşlar cəlb etmə, sərmayə üçün donorların tapılması, təqdimat və s.  kimi bacarıqları formalaşacaqdır.