Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 15:02:00
Cinsi tərbiyə ilə bağlı dərs vəsaitimiz niyə yoxdur?- “Nazirlik işə keçməlidir”

 

 

"Elm və Təhsil Naziriliyi cinsi tərbiyə mövzusunda təqdimat hazırlamalıdır"

 

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova parlamentin iclasında şagirdlərin cinsi tərbiyə mövzusuna toxunub. Onun sözlərinə görə, bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi mövcuddur:

 

 

Cinsi tərbiyə mövzusunda məktəblərdə hansı marifləndirici tədbirlər həyata keçirilə bilər?

 

 Mövzu ilə bağlı fikirlərini  təhsil jurnalisti Məzahir Məmmədli AzEdu.az-la bölüşüb:

 

“İlk öncə cinsi tərbiyə fənnini tədris etmək üçün əlimizdə vəsait olmalıdır.  Təəssüf ki, bizim əlimizdə  mövzunu tədris etmək üçün vəsaitimiz yoxdur.  Sovet dövründə cinsi tərbiyə ilə bağlı xüsusi vəsait var idi. Doqquzuncu sinifdən bu fənn uşaqlara tədris olunurdu və onlar arasında müəyyən anlayış formalaşırdı".

 

Təhsil jurnalisti məktəblərdə bu istiqamətdə müəyyən addımların atılmasının  zəruri olduğunu vurğulayıb:

 

“Hazırki dövrdə texniki vasitələr o qədər inkişaf edib ki, bizim istəyimizdən asılı olmayaraq, şagirdlər müəyyən qədər vəsait əldə edə bilir. Lakin bu məsələ ilə bağlı  rəsmi orqanlar fəaliyyətə keçməsi zəruridir. Elm və Təhsil Nazirliyi  cinsi tərbiyə bağlı bir təqdimat hazırlamalı və Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir” deyə o bildirib.

 

Murad Əliyev