Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-10 17:10:00
"Orta məktəb dərsliklərini universitet müəllimləri hazırlamamalıdır"- Kamilə Əliyeva

"Hesab edirəm ki,orta məktəb dərsliklərini universitet müəllimləri hazırlamamalıdır".

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 

Deputat dərsliklərin ümumi təhsil məktəblərinin müəllimləri tərəfindən yazılmalı olduğunu qeyd edib:

 


"Universitetlərimizlə məktəblər arasında əlaqələr yaradılmalı,həmçinin keyfiyyətin yaxşılaşdırlması üçün bir çox məqamlara diqqət edilməlidir. Universitet müəlliminin yazdığı dərslik dil-üslüb baxımından orta məktəblər üçün arzuolunan səviyyədə deyil. Ümumi təhsil məktəblərinin dərslikləri elə o təhsil səviyyəsində çalışan müəllimlər tərəfindən yazılmalıdır. Məktəblərimizdə kifayət qədər savadlı,təcrübəli,istedadlı müəllimlərimiz var. Bu işi onlara əmanət etmək lazımdır".

 


"Universitetlərimizdə də tədris sadəcə müəllimlərin mühazirə oxuması və tələbələrin hazır ədəbiyyatlardan istifadə edərək qiymətləndirilməsindən ibarət olmamalıdır. Ali təhsildə dərslər müzakirə şəklində təşkil edilməli,müəllim-tələbə dialoquna əsaslanmalıdır. Müəllimin verdiyi ədəbiyyat siyahısı ilə kifayətlənmək tələbənin yüksək öyrənmə bacarıqlarının formalaşdırılması baxımından ürəkaçan deyil. Dərslər quru keçirilməməlidir"-deyə,o qeyd edib.