Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-10 14:34:00
Cari tədris ilində 3056 nəfər təhsil tələbə krediti alıb

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

 

Təhsil Tələbə Krediti Fondundan AzEdu.az-a bildirilib ki, bu günə qədər 5580 nəfər kredit almaq üçün müraciət edib.

 

Onlardan 973 nəfərin müraciəti natamam olub. 682 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 576 nəfərin müraciətinə imtina cavabı verilib, 293 nəfərin müraciəti isə banka yönləndirilib.

 

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 3056 nəfərə TTK verilib. Onların arasından 1200 nəfərin müraciəti sosial TTK, 1856 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.