Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-10 11:50:00
Bu namizədlərin xaricdə təhsili maliyyələşdiriləcək-TƏLƏBLƏR

 

“Namizədlər ilk olaraq təhsil alacaqları proqramlar üzrə qəbul sənədini əldə etməlidirlər. Çünki bir çox hallarda ictimaiyyətdə belə bir fikir formalaşır ki, Elm və Təhsil Nazirliyi meyarlara uyğun olan namizədlərin qəbulunu özü həyata keçirir”

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Təhsil TV”-nin efirində yayımlanan “Təhsil masası” həftəlik brifinqində qeyd edib.

 

“Bu səbəblə öncəki təcrübəyə əsaslanaraq vurğulayaq ki, məhz verilən siyahıda yer alan universitetlər və proqramlardan qəbul alan vətəndaşlarımız maliyyələşmə üçün Dövlət Proqramına müraciət edirlər”-deyə, o bildirib.

 

Şöbə müdiri namizədlərdə diqqət ediləcək əsas məqamlardan söz açıb:

 

“Burada bir neçə parametr üzrə qiymətləndirmə həyata keçirilir. İlkin mərhələdə namizədlər onlayn sənədləri bizə təqdim edirlər, daha sonra isə qiymətləndirmə aparılır. Tələbənin qəbul aldığı universitet və proqramın siyahıda yer alması, tədris dilini özündə ehtiva edən beynəlxalq sertifikatın olması, həmçinin əvvəlki pillə üzrə təhsil sənədinin və qiymətləndirmə vərəqinin (transkript) təqdiminə diqqət edilir”.