Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-09 09:52:00
Müharibə dövrünün aktiv rektorları – Sosial paylaşımlar, tələbələrə dəstək...-FOTO

Azərbaycanın öz torpaqlarına böyük qayıdışı,tarixi qələbəsindən 2 il ötdü. 

 

Ölkə rəhbərliyi,ordu və xalq birliyinə əsaslanan mübarizəmizin nəticəsi olaraq Azərbaycan  ərazi  bütövlüyünü  bərpa etdi, müzəffər ordu xalqın  30  illik  həsrətinə son qoydu. Əməliyyatların davam etdiyi 44 gün boyunca  xalq milli birlik və ruh yüksəkliyi nümayiş etdirdi.

9

Müharibə dövründə  xüsusi  ilə də sosial  şəbəkələrdə  ictimai-siyasi xadimlərlə yanaşı  elm  və  təhsil  nümayəndələri  də  yüksək  aktivlik  göstərirdilər.

 

AzEdu.az  xəbər verir ki, onlar arasında  Azərbaycan Universitetlərinin  rektorları  da  yer alıb.

 

Cəbhədə döyüşlər başladığı gündən etibarən  Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru  Ədalət  Muradov  sosial  şəbəkə  hesabında  xüsusi fəallıq göstərirdi.

 

Rektor  daimi  şəkildə  sosial şəbəkə  hesabı  vasitəsi  ilə ruh yüksəkliyinin qorunması, cəbhədə olan əsgərlərə dəstək, dünya ölkələri və təşkilatlarının Qarabağ  mövzusuna  yanaşması ilə bağlı  paylaşımlar  edirdi. Bununla yanaşı  o  Ermənistan ərazisindən  rayonlarımızın, mülki əhalinin atəşə tutulmasını  kəskin şəkildə qınayıb.

 

Müharibə  dövründə  rektor əsasən Azərbaycan və rus dillərində paylaşımlar edirdi.

 

 

 

Bu  müddətdə  sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən rektorlardan biri də Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımov  oldu.

 

Rektor cəbhədə  davam  edən  proseslə  bağlı  fəal şəkildə paylaşımlar edirdi. Paylaşımlarında  Gəncə, Bərdə və Tərtərə  olan  roket  hücumları, mülki əhalinin hədəfə  alınmasını  qınayırdı. Eyni zamanda Türkiyə və Azərbaycan qardaşlığına diqqət çəkirdi. Ərazilərimizin işğaldan azad edilmə xəbərlərini xüsusi olaraq  paylaşıb. Bununla yanaşı  rektor paylaşımlarında gənclərin başlatdığı  həştəqlərə qoşularaq onların təşəbbüsünə dəstək verib.

 

Müharibə  dövründə  rektor əsasən Azərbaycan və ingilis dillərində paylaşımlar edirdi.

 

     

 

Hər zaman sosial şəbəkələrdə  aktivlik göstərən  Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov da bu  dövrdə xüsusi fəallığı ilə seçilirdi. Rektor  cəbhədə  davam  edən  proses, gələn zəfər xəbərləri, erməni tərəfinin törətdiyi cinayətlər, mülki  əhaliyə qarşı  törədilən cinayətlərlə bağlı daimi paylaşımlar edir. Eyni zamanda  Şahin Bayramov  Mingəçevir ASAN Xidmət tərəfindən təşkil edilən “Əsgərə Məktub” layihəsinə qoşulmuşdu.   Rektor paylaşımlarında  aktiv şəkildə  gənclərin Qarabağ həqiqətlərini, erməni terrorunu dünyaya çatdırmaq üçün başlatdığı həştəqlərə qoşulurdu. Bununla yanaşı  Prezident  İlham Əliyevin  çıxışları,  xarici mediaya  müsahibəsindən olan vacib hissələrə  paylaşımlarında  diqqət çəkirdi.

 

Müharibə dövründə rektor əsasən  Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edib.

 

   

 

Şəhidlərimizi qürur və kədərlə anırıq! 

Qarabağ  Azərbaycandır!0