Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-08 12:24:00
Çinli alimlər 130 milyon yaşı olan dinozavr skeletinin qalıqlarını aşkarlayıblar  

Çində alimlər tərəfindən aparılan qazıntılar nəticəsində 130 milyon il əvvələ aid dinozavr skeletinin qalıqları aşkarlanıb.

AzEdu.az AZƏRTAC-a  istinadla xəbər verir ki, Çinin şimalındakı Fıngning Man vilayətində tapılan skelet dinozavrın bud sümüyünün qalıqlarından ibarətdir. Parçalanmış vəziyyətdə aşkarlanan skelet üzərində aparılan araşdırmaya əsasən, dinozavrın uzunluğu 7-10 metr olub.

Alimlər bu sümüklərin yeni bir növ dinozavra aid olduğunu ehtimal edirlər. Onlar qazıntı işlərini iki il davam etdirmək niyyətindədirlər.

Qeyd edək ki, Fıngning Man vilayətində 2014-cü ildə də dinozavr qalıqları aşkarlanıb.