Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 19:00:00
“Məktəbdə...” layihəsində maraqlı görüş - Reza Deqati şagirdlər arasında-FOTOLAR

“Məktəbdə...” layihəsində növbəti görüş Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) Azərbaycan əsilli fransız fotoqrafı Reza Deqati olub.  

 

Qonaq əvvəlcə məktəbin foyesində Qarabağ və Şuşaya həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə, Azərbaycan Ordusunun Zəfər yürüşünə həsr olunmuş guşəyə tamaşa edib.

 

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə R.Deqati özünün məktəb illəri,  müəllimləri ilə bağlı xatirələrindən, seçdiyi peşədə uğur qazanmasına səbəb olan amillərdən danışıb. R.Deqati Zəfər Günü ərəfəsində şagirdlərlə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hisslərinin aşılanmasında məktəbin rolu, yeniyetmələrdə təəssübkeşlik hisslərinin formalaşdırılması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparıb.

Bir 1 nəfər, ayaqda və içəridə şəkili ola bilər

 

Qonaq məktəblilərə peşə fəaliyyəti dövründə şahidi olduğu hadisələr, fərqli insan taleləri və yaşantıları, I Qarabağ və Vətən Müharibəsi zamanı fotokameranın yaddaşına köçürdüyü ən önəmli anların qısa tarixçələri barədə danışıb, şagirdləri düşündürən suallara aydınlıq gətirib.

 

Bir 15 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

 

Görüşün sonunda R.Deqati özünün 20 Yanvar hadisələri və Qarabağ həqiqətlərinə həsr olunmuş kitablarını məktəbə hədiyyə edib. Şagirdlərin hazırladığı Xarıbülbül işləməsi də məktəb adından qonağa təqdim olunub.

 

Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.