Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 16:52:00
Azərbaycanda daha 51 yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, hazırda 315 aktiv xəstə var. Bu günə qədər 9 953 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 935, bu günə qədər isə ümumilikdə 7 329 356 test icra olunub.