Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 14:24:00
Əcnəbilər ölkəmizdə BU ƏSASLARLA təhsil ala bilər  

Xarici ölkələrdə təhsil alan çox sayda Azərbaycan vətəndaşı olduğu kimi Azərbaycan universitetlərində təhsil alan əcnəbilərin sayı da az deyil.

 

Əcnəbilərin Azərbaycan Respublikası təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu müəyyən əsaslarla həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, bu əsaslar aşağıdakılardır:

 

  • təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında;

 

  • təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;

 

  • dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında;

 

  • təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;

 

  • təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

 

  • təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;

 

  • “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında həyata keçirilir.

 

Əcnəbilər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etdikləri halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sənədləri təqdim etməlidirlər.

 

Qeyd edək ki, doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün müraciət edən əcnəbilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qa