Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 16:36:00
“Məsuliyyətli valideyn”- adlı layihəsinin növbəti tədbiri keçirildi

1 noyabr 2022-ci il tarixdə Astara rayonu Mərkəzi Kitabxanasında “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məsuliyyətli valideyn” – valideyn məsuliyyətinin artırılmasına dair regionlarda ailələrlə maarifləndirmə görüşlərinin təşkili adlı layihəsinin növbəti tədbiri həyata keçirildi.

 

Müxtəlif ailə nümayəndələrinin, valideynlərin iştirak etdiyi tədbir giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəhmin Qurbanov qonaqları salamlayaraq, valideyn məsuliyyəti məsələsinin dövrümüz üçün ən aktual problemlərdən biri oldugunu qeyd etdi.

 

Layihənin rəhbəri, AVMA İB icraçı direktoru Şahin Rəcəbov layihə barədə iştirakçılara geniş məlumat verərək, valideyn məsuliyyəti, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış etdi, valideynlərin suallarını cavablandırdı. Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparıldı. İştirakçılar bu gün ailədə, cəmiyyətdə, sosial mediada, xüsusən də məktəblərdə baş verənlərlə bağlı problemlərin valideyn məsuliyyəti ilə birbaşa bağlı olduğunu vurğuladılar. Bu məsuliyyətin artırılması istiqamətində təkliflərini, təcrübələrini bölüşdülər.

 

Layihənin məqsədi regionlarda ailələr üçün valideyn məsuliyyətinə dair maarifləndirməni həyata keçirmək, onların məsuliyyət və səriştəsini artırmaq, valideyn məsuliyyəti ilə bağlı beynəlxalq təcrübədən faydalanmaqdır.

 

Layihə 9 rayonu – Göygöl, Agdaş, Lerik, Astara, Biləsuvar, Şamaxı, Qax, Xaçmaz, Neftçala rayonlarını əhatə etməklə 3 ay müddətində (1 sentyabr-1 dekabr 2022-ci il) icra ediləcəkdir. Layihə çərçivəsində hər regionda valideynlərlə valideyn məsuliyyətinin artırılması və bu sahədəki vəziyyətin müzakirəsi, qanunvericilik və beynəlxalq təcrübəyə dair maarifləndirmə görüşlərinin təşkili, görüşlərdən çəkilən materiallarından ibarət video roliklərin hazırlanması və sosial şəbəkələrdə (youtube və facebook) yayılması planlaşdırılır.

 

Layihənin növbəti tədbiri 3 noyabr 2022-ci il Lerik şəhərində olacaqdır.

AVMA Mətbuat Xidməti.