Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 15:12:00
Buraxılış imtahanlarındakı dəyişikliklər abituriyentlər üçün çox vacibdi- Onları nə gözləyir?

 

Bildiyiniz kimi son zamanlar istər magistratura, istərsə də buraxılış imtahanlarında xarici dil fənni üzrə müəyyən dəyişikliklər həyata keçirilir.

 

Maraqlıdır, bu dəyişikliklər niyə məhz xarici dil fənni üzrə həyata keçirilir? Bunu zəruri edən kə kimi amillər mövcuddur?

 

Təhsil mütəxəssisi Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında edilən dəyişikliyin şagird və tələbələrin xarici dil biliklərinin öyrənməsi baxımından vacibliyini vurğulayıb:

 

“Bu dəyişikliklərin həyata keçirilməsi zəruri idi. Çünki şagirdlərimiz xarici dili sadəcə testi cavablayıb, bal qazanmaq məqsədi ilə oxuyurlar. Amma dil öyrənmək  universitetə qəbul olmaq üçün bal toplamaqdan ibarət deyil. Uzun illər bizim şagirdlər sadəcə mövzunu əzbərləyib, testi düzgün cavablandırıb, bal toplamağa diqqət yönəldiblər. Amma xarici dili formal şəkildə oxumaq deyil, öyrənmək, mənimsəmək lazımdır.

 

Bir dili öyrənmək o dildə dinləmə-anlama bacarıqlarına əsaslanır. Buraxılış imtahanında edilən bu dəyişiklik şagirdlərə mətn üzərində sərbəst şəkildə işləyib özlərini ifadə etmək bacarığını aşılayacaq”.

 

Mütəxəssis şagird və tələbələrin qrammatika ilə yanaşı, danışığı öyrənməyə də diqqət etməli olduğunu bildirib:

 

“Əslində bu dəyişiklik illər öncədən edilməli idi. Gec də olsa, itirəcəyimiz heçnə yoxdur. Hazırlıq kurslarına gedərkən bizdən danışıq yoxsa, imtahana hazırlaşmaq üçün xarici dil istədiyimizi soruşurlar. Danışıq üçün, əlbəttə ki, qrammatikanı bilmək lazımdır. Qrammatikanı bilməyən şəxs həmin dildə cümlə qura, danışa bilməz. Amma nəyə görə ikisi bir arada olmasın? Şagird həm imtahana hazırlamalı, həm də xarici dil öyrənməlidir. Bu səbəblə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan qaydalarında edilən dəyişikliyi müsbət qiymətləndirirəm. Ümid edirəm ki, yaxın zamanlarda DİM matrealların və proramın hazırlamasında yardımçı olacaq”.

 

Qeyd edək ki, 2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək.   

Gülcahan Məmmədova
Müəllifin digər yazıları