Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 09:33:00
Elmlər Akademiyasında əməliyyat: 44 elm adamı saxlanılıb

Belarusda Milli Elmlər Akademiyasının və onun struktur bölmələrinin 44 əməkdaşı saxlanılıb.

 

Məlumata görə, əməliyyat Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvlərinə və bir sıra digər elmi müəssisələrin əməkdaşlarına qarşı keçirilib.

 

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları elm adamlarının telefonlarını yoxlayıb, fotoqalereyaları və “Telegram” kanallarına abunəliklərini araşdırıblar.

 

Elmi işçilərin bəziləri saxlanılaraq dindirilmək üçün komitəyə aparılıblar.

 

OXu.az