Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-02 13:59:00
Məktəbə hücum edən gəncə ömürlük həbs cəzası verildi-FOTO

 

ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbinə 2018-ci ildə edilən silahlı hücum 17 nəfərin həlak olması ilə nəticələnmişdi.

 

Hücum edən şəxs həmin məktəbdən daxili nizam-intizam qaydalarını pozduğuna görə xaric edilən 1999-cu il təvəllüdlü Nikolas Kruz olduğu ortaya çıxmışdı.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən il N. Kruz günahını etiraf edib və nəticə olaraq bu ilin əvvəlində üç aylıq cəza məhkəməsi keçirilib.

 

Ötən ay keçirilən məhkəmədə isə səsvermə nəticəsində gəncin ölüm cəzasının verilməməsi qərara alınmışdı. Yeni qərara əsasən Nikolas Kruz ABŞ tarixindəki ən ölümcül kütləvi atışmalardan birinə görə ömürlük həbs cəzası aldı.

 

Zərərçəkənlərin yaxınları onu yerli terrorçu adlandıraraq qərarı dəstəkləyiblər.

 

Parkland gunman to be sentenced