Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-02 13:45:00
Oğuz məktəblisi olimpiadada rekord nəticə göstərib  

Oğuz rayonunda X sinif şagirdi Səidə Əhmədova “Hüquqi dövlətin əsasları” adlı olimpiadada ölkə üzrə rekord nəticə göstərib.

 

Məktəbli 106 balla yeni rekorda imza atıb.

 

Məlumata görə, oktyabrın 28-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarında məktəblilər arasında “Hüquqi dövlətin əsasları” adlı olimpiada keçirilib. Olimpiadanın yekun nəticəsinə əsasən, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi Səidə Ceyhun qızı Əhmədova 106 bal toplayaraq ölkə üzrə rekord nəticə göstərib.

 

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 12 Noyabr - Konstitusiya Gününə həsr olunub.